"Tottenhem"in futbolçusu Rodriqo Bentakuru bir neçə oyunluq cəza gözləyir.
QOL.az xəbər verir ki, buna səbəb uruqvaylı yarımmüdafiəçinin cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqqında irqçi ifadələr işlətməsidir.
Bentankur bu ilin iyun ayında Uruqvayda televiziya kanallarının birində qonaq olarkən aparıcı ondan "Tottenhem" formasını istəyib. Futbolçu isə deyib: "Mən sizə Sonun əmisioğlunun köynəyini də verə bilərəm. Onsuz da onlar hamısı bir-birinə oxşayır".
Onun bu çıxışının videosu dərhal yayılıb və müzakirələrə səbəb olub. Bentankur isə buna görə İnstaqram səhifəsində paylaşım edərək komanda yoldaşından üzr istəyib: “Qardaş, baş verənlərə görə səndən üzr istəyirəm. Bu, sadəcə, çox pis zarafat idi. Bilirsən ki, mən səni komanda yoldaşı kimi çox sevirəm və heç vaxt sənə hörmətsizlik etmərəm. Səni və ya başqalarını incitmərəm!"

Son Hın Min də məsələ ilə bağlı açıqlama verib. O, komanda yoldaşı ilə aralarında heç bir problemin qalmadığını deyib: "Bentankurla danışdım. Bu, onun səhvi idi. O, dərhal üzrxahlığını etdi. Bu, aqressiv və ya pis niyyətli fikirlər deyildi və mənim və ya onun üçün heç bir problem yoxdur. Biz birlikdə irəliləyəcəyik".

Lakin tərəflər arasında problem olmasa da, məsələ ilə bağlı araşdırmaya başlayan İngiltərə Futbol Assosiasiyasının Bentankuru bir neçə oyunluq cəzalandıracağı bildirilir. "The Atleltik"in məlumatına görə, federasiya baş verənlərlə bağlı yaydığı bəyanatda bildirilib ki, Bentankur uyğun olmayan davranış, irqçi ifadələr və təhqiredici ifadələrə yol verib ki, qaydalara əsasən bu cür davranışın cəzası 6-12 oyundur.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı