Elxan Məmmədov klubları Quzanlıda oynamağa çağırdı

Elxan Məmmədov klubları Quzanlıda oynamağa çağırdı
XƏBƏR 21 Aprel 2011 / 16:07 1775
-  A +

Bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə birgə Quzanlı stadionunda olan qurumun baş katibi Elxan Məmmədov idman qurğusunun hazırkı vəziyyətindən razı qaldığını bildirib.

Qol.Az-ın məlumatına görə, o, AFFA-nın Quzanlı stadionundakı yenidənqurma işlərini alqışladığını söyləyib: "İdman qurğusunun durumu çox yaxşıdır. Hesab edirəm ki, burada oyunları yüksək səviyyədə keçirmək olar".

Baş katib klublara səslənərək, onları Ağdama dəvət edib: "Quzanlıda oynamağı ilk növbədə "Qarabağ" istəməlidir. Başqa klublar da burada oynamalıdır. Onlara tövsiyəmiz budur ki, Ağdamda oynasınlar, bu bölgəni futbolsuz qoymaq olmaz".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır