“Qalatasaray”da prezident vəzifəsinə üçüncü namizəd

XƏBƏR 21 Aprel 2011 / 13:36 1820
-  A +

“Qalatasaray” klubunda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə çatıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Turqay Kıran da seçkilərə qatılacağını təsdiqləyib.

Bununla da o, Ünal Aysal və Mehmet Helvaçının ardından “Qalatasaray”da prezident olmaq istəyən 3-cü namizəd olub.

Qeyd edək ki, bu gün namizədlik vermək üçün son gündür və “sarı-qırmızılı” kluba rəhbərlik etmək arzusunda onların sayının artacağı istisna edilmir. Seçkilər isə mayın 14-də keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner