"Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunçuluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə "Zirə" çox yaxşı müdafiə olundu. Futbolçular bir-birini tapmaqda çətinlik çəkirdi. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı. "Zirə"yə uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Erkən vurulan qol nəticəyə nə dərəcədə təsir etdi?
- Belə suallar çox verilir ki, ilk dəqiqədə vurulan qol sanki kömək olur nəticəyə. Hansısa oyunda kömək ola bilər. Amma futbol elə inkişaf edib ki, məşqçilər və futbolçular belə hallara hazır olurlar. İlk dəqiqədə və ya 80-cı dəqiqədə vurulan qol o demək deyil ki, qələbə artıq sənindir. O qədər olub ki, uduzmuşuq, qollar buraxmışıq. Bəlkə o dəqiqələrdə qol vurmaq rəqibə daha çox təsir edir. Get-gedə özünüz də gördüz ki, ilk hissədə təhlükəl vəziyyət yarada bilmədik. Hər vurulan qol qələbəyə bir addım da yaxınlaşmaq deməkdir.
- "Qarabağ" "Bodo-Qlimt"lə görüşdə çox çətin anlar yaşadı. Qol epizodlarını vurmaqda çətinlik çəkirdiniz, amma həmin görüşdə iki qol vura bildiniz...
- Bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Biz başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı da rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdülər, sona qədər dözdülər. Sonda da yaxşı qələbə oldu.
- "Bodo-Qlimt"lə görüşə fərqli heyət buraxmışdınız və bu komandanızın xeyrinə alındı. Özünüz də deyirsiniz ki, avrokuboklarda rəqiblər sizi çox yaxşı analiz edir. Növbəti oyunlarda da bu cür rotasiyalar görə bilərik? Məcburiyyətdən yox, tam istəkli şəkildə...
- Böyük və lazım olan oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki bizdə nəyi hansı futbolçu ilə daha yaxşı ediriksə, onların meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur. Yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidir. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdır. İstəmərəm ki, dəyişiklik çox edim. Amma məcbur olsam, görsəm hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdır, onda o addımı atarıq.
- Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzublar, ondan sonra heç kimə məğlub olmayıblar. Belə gedişat sizin üçün təəccüblü gəlmir ki?
- Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam öz istədiyi oyunu tuta bilməyib. Amma ümumən komanda nəticəyə oynamağa bacarırsa, onun haqqıdır. Boş-boşuna belə nəticələr deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub, qalib gəlirlər. Qarşıda çox oyunlar var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. "Araz-Naxçıvan" maraqlı oyun göstərir. Rəqibdən çəkinmirlər, daim öz düşündüklərini meydanda göstərmək istəyirlər. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar. (sportal.az)
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır
Renato Sançes PSJ-dən ayrıldı
"Liverpul" 18 yaşlı qapıçı aldı
"Şamaxı"dan ayrıldı, Əlcəzairdə oynayacaq
Almaniya millisinin üzvü “Yuventus”da - Rəsmi
“Barselona” onu icarəyə verdi
Azərbaycan Premyer Liqa klubundan - 100 min avroluq transfer
"Qalatasaray" daha bir transferi açıqladı
“Mançester Yunayted” Bruno Fernandeşlə bağlı qərarını verdi
La Liqanın ən bahalı transferləri kimlər oldu?
"Borussiya"nın 5 qolu - Video
Adarabioyo “Tottenhem”də
Polina Rəhimova milli karyerasını başa vurdu
“Mançester Siti” Seneqal millisinin hücumçusunu aldı
“Barselona” iki futbolçusunu göndərdi
Məşqə gecikəni oyuna buraxmır! - Mourinyodan sərt qaydalar
"Tottenhem"dən "Yuventus"a keçdi - Rəsmi
"Sabah"ın Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlandı
"Qarabağ"ın UEFA Gənclər Liqasındakı rəqibi bilindi
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı