İspaniya kuboku avtobus təkəri altında qaldı (FOTO)

İspaniya kuboku avtobus təkəri altında qaldı (FOTO)
XƏBƏR 21 Aprel 2011 / 12:21 2756
-  A +

“Real" (Madrid) futbol klubu İspaniya kubokunda qələbəni bayram etdiyi vaxt xoşagəlməz olay baş verib. Qol.Az-ın “Yahoo!Sports”a istinadən verdiyi məlumata görə, “kral klubu”nun futbolçusu Serxio Ramos kuboku avtobusun ikinci mərtəbəsindən onun təkərləri altına salıb.

Sürücü tez reaksiya verərək avtobusu saxlaya bilib. Nəzərə çarpacaq dərəcədə zərər görən kuboku hüquq-mühafizə orqanlarının əməkdaşları təkərlər altından götürüblər. O, publikaya bir daha göstərilməyib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır