Rauf Əliyev: "Adamiya, Rəşad Sadiqov, Vüqar Nadirov da bu mükafatı ala bilərdi"

XƏBƏR 21 Aprel 2011 / 11:28 1966
-  A +

"Təbii ki, belə uğur futbolçu üçün sevindiricidir. Son 2 ayda uğurlu çıxış etdiyimizə görə mükafatı "Qarabağ"dan hansısa futbolçunun alacağınını gözləyirdim. Elə martda da keçirdiyimiz bütün oyunlarda qələbə qazanmışdıq. Mükafatın mənə çatmasına gəlincə, deyərdim ki, Adamiya Rəşad Sadiqov, Vüqar Nadirov da bu mükafatı ala bilərdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın hücumçusu Rauf Əliyev deyib.

Əliyev Unibank tərəfdən dünən fevral ayının ən yaxşı oyunçusu elan edilib.

"Bu mənim ilk belə uğurumdu. Qarşıdakı zamanlarda daha belə bir uğur qazanmaq istərdim. Mənə səs verənlərin hər birinə təşəkkürümü bildirirəm.  Bu etimad məni daha da ruhlandırdı" - deyə o, klubun rəsmi saytına bildirib.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır