Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
Qapıçılar: Nicat Mühbalıyev ("Sabah"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə")
Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Cənubi Koreya)
Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Aleksey İsayev, Toral Bayramov (ikisi də "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Səbuhi Abdullazadə ("Sumqaylt"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") Ceyhun Nuriyev ("Zirə"), Emin Mahmudov ("Neftçi")
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə ("Qarabağ")
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda olacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.
Mbappe hamını qabaqladı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"