"Qəbələ" "Trabzonspor"la heç-heçə etdi

XƏBƏR 20 Aprel 2011 / 23:49 1946
-  A +

“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası turnirində mübarizəyə başlayıb. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, ilk oyun günündə ardicil üç 25 dəqiqəlik qarşılaşmaya çıxan təmsilçimiz aktivinə 4 xal yaza bilib.

“Trabzonspor”a qarşı baş tutan ilk matçda hesab açılmayıb - 0:0. İkinci oyunda “Çelsi” ilə üz-üzə gələn “Qəbələ” minimal hesablı məğlubiyyətlə barışmalı olub - 0:1. Günün son görüşündə  komandamız “Adana Gənclərbirliyi”ni 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Rəqibin qapisindan qolları Fərid Əsədli və Orxan Mehrəlizadə keçirib.

Bu nəticələrdən sonra “Qəbələ” 4 xalla qrupun ikinciliyinə yüksəlib. Qrupa 7 xalla “Çelsi” başçılıq edir. Qrupun son matçları aprelin 21-də keçiriləcək. “Qəbələ” müvafiq olaraq “Altay”  və “Berlin Türkiyəmspor”la qarşılaşacaq. 

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır