40 yaşlı Yari Litmanen çempionla müqavilə bağladı

40 yaşlı Yari Litmanen çempionla müqavilə bağladı
XƏBƏR 20 Aprel 2011 / 22:41 2584
-  A +

Finlandıyanın məşhur futbolçusu Yari Litmanen qarşıdakı mövsümü yerli HİK klubunda keçirəcək. Lent.az-ın məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi 10 nömrəli formanı geyinəcək.

10 dəfə Finlandiyanın ən yaxşı futbolçusu sayılan Litmanenin sonuncu klubu "Laxti" olub. Bu komanda öən mövsümün yekununda yüksək divizionu tərk edib. Məşhur futbolçu Hollandiyanın "Ayaks", İspaniyanın "Barselona", İngiltərənin "Liverpul" və "Fulhem", Almaniyanın "Hanza", İsveçin "Malmö" klublarında da çıxış edib. O, həmçinin yığmada 132 görüşdə 37 qol vurub. O, təkcə Finlandiya millisinin tarixində ən yaxşı bombardir deyil, həm də yığmada qol vuran ən yaşlı futbolçudur. Yari Litmanen 2010-cu il noyabrın 17-də San-Marinonu məyus edib.  

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki