Ramiz Məmmədov və komandası kubokla vidalaşdı

Ramiz Məmmədov və komandası kubokla vidalaşdı
XƏBƏR 20 Aprel 2011 / 18:57 1634
-  A +

Bu gün Qazaxıstan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu bu dəfə son ölkə çempionu "Tobol"la qarşılaşıb.

İlkin mərhələdə “Astana” klubunu 2:0 hesabı məğlub edən Məmmədovun komandası "Tobol"la oyunda yaxşı təsir bağışlayıb. Lakin bununla belə, "Atırau" səfərdə baş tutan görüşdə məğlubiyyətdən yaxa qurtara bilməyib.

Belə ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyuna əlavə edilən 1-ci hissədə Məmmədovun komandası hesabda önə çıxıb. Lakin 2-ci əlavə hissədə qapısından 2 top buraxan "Atırau" kubokla vidalaşmalı olub - 2:3.

 

 

 

  


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır