Yığmamız "Napoli"yə də məğlub oldu

Yığmamız "Napoli"yə də məğlub oldu
XƏBƏR 20 Aprel 2011 / 15:16 1743
-  A +

İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Qol.Az-ın məlumatına görə, İtaliyanın "Napoli" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın yeganə qoluna isə penalti zərbəsindən Nurlan Novruzov imza atıb.    

Qeyd edək ki, milli komandamız artıq bu məğlubiyyətdən sonra son turun nəticəsindən asılı olmayaraq turnirdə mübarizəni dayandırıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır