Braziliyalı ulduz 5 aylıq sıradan çıxdı

Braziliyalı ulduz 5 aylıq sıradan çıxdı
XƏBƏR 20 Aprel 2011 / 13:48 1805
-  A +

Bu mövsüm "Roma"dan "Korintias"a transfer olunan braziliyalı ulduz Adriano 5 ay yaşıl meydanlardan uzaq qalacaq. Qol.Az-ın məlumatına görə, Adrianonun ayağındakı zədəsi ilə əlaqadər əməliyyat olunacağı bildirilir.

Çiynindəki zədədən yenicə qurtulmuş 29 yaşlı futbolçu çox keçmədən məşq zamanı ayağından ciddi zədəd alıb. Bu gün əməliyyat olunacaq futbolçu gələn ay start götürəcək Braziliya çempionatında çıxış etməyə hazırlaşırdı.

Qeyd edək ki, Adriano "Korintias"la 2012-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır