"Beşiktaş"ın sabiq məşqçisi Madridə qayıdır

"Beşiktaş"ın sabiq məşqçisi Madridə qayıdır
XƏBƏR 20 Aprel 2011 / 13:05 1797
-  A +

İspaniyanın "Atletiko" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın "Kicker" dərgisinə istinadən verdiyi məlumata görə, bu yaxınlarda Türkiyə "Beşiktaş"ından istefa vermiş Bernd Şuster növbəti mövsümdən Madrid komandasına rəhbərlik edəcək.

Şuster 1990 – 1993-cü illərdə "Atletiko"nun futbolçusu olub. Almaniyalı mütəxəssis bu klubla bağlı gözəl xatirələrinin qaldığını və hər cəhətdən maraqlı komanda olduğunu söyləyib.

Qeyd edək ki, Bernd Şuster 2007-2008-ci il mövsümündə Madridin "Real" klubunda baş məşqçi kimi çalışıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır