"Milan"ın futbolçusu yığmamıza qarşı oynamaqdan imtina etdi

"Milan"ın futbolçusu yığmamıza qarşı oynamaqdan imtina etdi
XƏBƏR 20 Aprel 2011 / 12:39 1781
-  A +

İtaliyanın "Milan" klubunun futbolçusu Aleksandr Merkel Azərbaycan millisinə qarşı oynamaqdan imtina edib. Qol.Az-ın məlumatına görə, Qazaxıstanda anadan olaraq sonradan Almaniyaya köçən gənc yarımmüdafiəçi Qazaxıstan yığmasının təklifini geri çevirib.

Bu isə o deməkdir ki, Merkel AÇ-2012-nin seçmə mərhələsində Qazaxıstanın iyunun 3-də millimizə qarşı oyununda iştirak etməyəcək.

Qazaxıstan yığmasının çexiyalı baş məşqçisi Miroslav Beranek isə bu haqda belə danışıb: "Ola bilsin ki, mən sizi təəccübləndirim. Ancaq onu deməliyəm ki, Merkel hələ Qazaxıstan yığmasında oynamaq istəmir. Onun arzusu Rusiya və yaxud Almaniya yığmasında çıxış etməkdir".

Qeyd edək ki, Qazaxıstan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu iyunun 3-də evdə məhz millimizə qarşı keçirəcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır