Vəli Qasımov: "Hakim bizdən üzr istədi"

Vəli Qasımov: "Hakim bizdən üzr istədi"
XƏBƏR 19 Aprel 2011 / 23:22 1825
-  A +

"Birinci hissədə yaxşı oynadıq. Komanda mübarizə apardı. Fasilədən sonra temp bir qədər aşağı düşdü". Qol.Az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə İspaniyanın "Barselona" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşdən sonra deyib.

Millimizin 2:4 hesablı məğlubiyyətini affa.az saytına şərh edən Qasımovun fikrincə, nəticənin bü cür olmasında hakim səhvi də rol oynayıb: "Hesab bərabər olarkən rəqibimiz üçüncü qolu oyundankənar vəziyyətdən vurdu. Hətta buna görə oyun başa çatdıqdan sonra hakim bizdən üzr istədi".

Baş məşqçi onu da bildirib ki, ümumi götürdükdə, komandamız oyun planında kənardan pis görünməyib.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır