Milli komandamız ərəbləri məğlub etdi

XƏBƏR 19 Aprel 2011 / 20:16 1961
-  A +

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Əl Mamzar Parkda Birləşmiş Ərəb Əmirliklərinin ikinci yığma komandası ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində Ramil Əliyev dubl edib, 1 dəfə isə Namiq Həsənov fərqlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner