"Baş məşqçi Qurban Qurbanov orta sahədə mənə güvənirsə, deməli mən yaxşı formadayam. Ancaq bunu özüm üçün şişirtmək istəməzdim. Burada elə mühit yaradılıb ki, hər kəs daim inkişafda olmağı düşünür". Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov deyib.
Yusifov daha sonra "Qarabağ"ın son turlardakı uğursuz çıxışlarına da münasibət bildirib: "Neftçi"yə məğlubiyyətimiz "Qarabağ"ın birinci dövrədəki uğursuzluq zolağına düşməsi kimi başa düşülməməlidir. Ola bilər ki, həmin oyunun nəticəsinə görə komanda müəyyən qədər ruhdan düşər. Lakin biz hər hansı bir oyuna çıxanda arxada qalan xal itkisi haqda düşünmürük. "Neftçi"dən sonra "Xəzər Lənkəran" və "Bakı" ilə qarşılaşmalarda "Qarabağ" meydanda öz oyun üslubunu nümayiş etdirdi. Bununla belə, hər 2 oyunda bəxt bizdən üz döndərdi. Çox təhlükəli hücumlar etsək də, sonda qələbə qazana bilmədik".
"Altılığ"ın qarşıdakı turlarına da toxunan Yusifov növbəti turda "İnter"lə oyuna yalnız qələbə üçün çıxacaqlarını və azarkeşlərə geridə qalan turlarda itirilmiş xalları unutdurmağa çalışacaqlarını vurğulayıb: "İnter" son ölkə çempionudur. Buna rəğmən iddiamızı davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Necə deyərlər, ümid sonda ölür. Düşünürəm ki, "Qarabağ"ın Avroliqaya vəsiqə qazanmaq şansları kifayət qədər yüksəkdir. Premyer Liqanın bundan sonrakı 5 oyununu maksimum xalla başa vursaq, ötən mövsüm çıxış etdiyimiz analoji turnirə yenidən qatıla bilərik".
Milli komandanın Premyer Liqanın gedişindəki toplanışlarına da münasibət bildirən gənc futbolçu bu haqda belə danışıb: "Təbii ki, belə toplanışlar "Qarabağ"a təsirsiz ötüşmür. Kollektivin oyununa əngəl törətdiyi üçün bu tip toplanışları aradan qaldırmaq lazımdır. Əlbəttə, bu toplanışlar milli komanda üçün yaxşıdır. Lakin "Qarabağ"ın oyununa pis təsir edir".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”