"Bakı" Savinovun ad gününü qeyd etdi (FOTO)

"Bakı" Savinovun ad gününü qeyd etdi (FOTO)
XƏBƏR 19 Aprel 2011 / 17:58 1759
-  A +

Bu gün "Bakı"nın moldovalı müafiəçisi Aleksey Savinov 32-ci doğum gününü qeyd edir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bununla əlaqədar komandanın bazasında ad günü tortu kəsilib və təbriklər səslənib.

Aleksey Savinov 1979-cu il aprel ayının 19-da Moldovanın Kişinyov şəhərində anadan olub. "Bakı"da 32 nömrəli futbolkada çıxış edən futbolçu karyerasına 1997-ci ildə Moldovanın "Viktoriya" klubunda başlayıb. Bundan sonra ardıcıl olaraq "Zimbru", "Olimpiya", "Politexnika”, "Metallurq" (Zaparoje), "Volın" (Lutsk), "Zakarpatya" (Ujqorod) və "Daçiya" klublarının şərəfini qoruyub.
 
Onu da qey edək ki, Aleksey Savinov Moldova milli komandasının əvəzolunmaz üzvlərindən biridir. O, 2003-cü ildən etibarən milli komandasının formasını geyinir.

"Bakı" futbol klubunun kollektivi Aleksey Savinovu təbrik edib, ona şəxsi həyatı və karyerasında uğurlar arzulayıb.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır