"Qarabağ" Vüqar Nadirov və Elvin Məmmədovu buraxmaq istəmir

XƏBƏR 19 Aprel 2011 / 17:51 2080
-  A +

«Qarabağ» bu mövsüm müqaviləsi başa çatacaq iki aparıcı futbolçusu - Vüqar Nadirov və Elvin Məmmədovla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Bu haqda Qol.Az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

«Hazırda Azərbaycanda yerli oyunçu qıtlığı var. Vüqarla Elvini komandadan buraxsaq, başqa yerli oyunçu axtarmalı olacağıq. Həm də təzə gələcək futbolçuların komandaya uyğunlaşması prosesi də var. Birdə ki Vüqarla Elvin «Qarabağ»a uyğunlaşıblar. Ona görə də bu futbolçuları saxlamaq istəyirik» - deyə Q.Qurbanov bildirib.


 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır