UEFA İniyestanı şübhəli hərəkətinə görə cəzalandıra bilər

UEFA İniyestanı şübhəli hərəkətinə görə cəzalandıra bilər
XƏBƏR 19 Aprel 2011 / 16:22 1880
-  A +

"Barselona" klubunun aparıcı futbolçusu Andres İniyesta Çempionlar Liqasının yarımfinal oyunu çərçivəsində "Real"a qarşı ilk matçı buraxa bilər. Qol.Az-ın məlumatına görə, buna səbəb İniyestanın ÇL-in 1/4 final mərhələsində "Şaxtyor"la görüşdə bilərəkdən sarı kart almaqla özünü cəzalı vəziyyətə salması olub.

Hazırda bu işlər üzrə araşdırma aparan UEFA-nın İniyestanı cəzalandıracağı bildirilir. Belə olan təqdirdə isə İniyesta ÇL-in yarımfinal mərhələsinin "Real"a qarşı ilk oyununda iştitrak edə bilməyəcək.

Bununla yanaşı "Vilyareal"ın da 2 futbolçusu Avroliqanın 1/4 final mərhələsində şübhəli sarı kart alması səbəbindən cəzalandırıla bilər. Belə ki, "Vilyareal"ın futbolçuları Nilmar və Santi Kazorla "Tvente"yə qarşı oyunda bilərəkdən sarı vərəqə limitini dolduraraq cavab qarşılaşmasını buraxmışdılar.

Bunu nəzərə alaraq UEFA-nın hər 2 futbolçunu cəzalandıracağı gözlənilir. Belə olan təqdirdə isə adı çəkilən futbolçular Avroliqanın yarımfinal mərhələsi çərçivəsində "Porto"ya qarşı ilk oyunu buraxmalı olacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır