Aleks Ərdoğandan vətəndaşlıq istədi

Aleks Ərdoğandan vətəndaşlıq istədi
XƏBƏR 19 Aprel 2011 / 15:54 1903
-  A +

"Fənərbaxça" klubunun braziliyalı futbolçusu Aleks de Souza yenidən diqqət məırkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, gəldiyi gündən bəri bütün futbolsevərlərin rəğbətini qazanan Aleks artıq Türkiyə vətəndaşlığını qəbul etməyə hazırlaşır.

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşən Aleks Türkiyə vətəndaşlığını qəbul etmək istədiyini bildirib. Bu haqda qərarını birbaşa Aleksin özündən eşidən Ərdoğanın futbolçuya ünvanladığı "bir türk adı müəyyənləşdirmisiz?" sualı isə görüşdə iştirak edən hər kəsin gülüşünə səbəbə olub.

Qeyd edək ki, görüşdə "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım Ərdoğana 4 ədəd forma, baş nazir isə əvəzində qonaqlara qalstuk bağışlayıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır