Bu gün ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Xəzər-Lənkəran” oyuna tam hazırdır. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi bu gün səhər oyunqabağı son məşqini keçib. Baş məşqçi İqor Ponomaryov futbolçuları yormamaq üçün yüngül məşqlə kifayətlənib. Komandanın heyətində 3 “itki” var. Qapıçı Kamran Ağayev, yarımmüdafiəçi Rəşad Abdulalyev və hələ də debüt edə bilməyən yeni transfer Nadir Bencema bugünkü matçda forma geyə bilməyəcəklər.
Statistikaya görə, bu günə qədər tərəflər arasında baş tutan 11 matçda qalib aşkarlanmayıb. Hərəyə 3 qələbə qazanan komandalar, 5 matçda da meydandan heç-heçə ilə ayrılıblar. Kubokda 2 il əvvəl baş tutan “duel”də isə “Xəzər-Lənkəran” mübarizədən qalib ayrılmışdı. Lakin Lənkəranda keçirilən matçda “Bakı” rəqibinə qalib gələrək, “fırtınalar meydanı”ndan qələbə ilə dönən ilk komanda kimi tarixə düşmüşdü.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi