Valensiyada "Barselona"nı böyük təhlükə gözləyir

Valensiyada "Barselona"nı böyük təhlükə gözləyir
XƏBƏR 19 Aprel 2011 / 13:16 1942
-  A +

Sabah İspaniya kubokunun finalı çərçivəsində əzəli rəqiblər "Real" və "Barselona" klubları üz-üzə gələcək. Qol.Az-ın məlumatına görə, final oyunu öncəsi "Barselona" komandasını böyük təhlükə gözlədiyi bildirilir.

Buna səbəb isə "Barselona" komandasının qaldığı otelin "Real" azarkeşlərinin stadiona getdiyi yolun üstündə yerləşməsi göstərilir. Yəni, Valensiya polisi matç saatında stadiona gedən 25 min madridli azarkeşlər tərəfindən "Barselona"ya qarşı hər hansı bir təxribatın törədiləcəyindən ehtiyatlanır.

Kataloniya təmsilçisi hər dəfə Valensiyaya gələrkən məhz bu oteldə məskunlaşır. Lakin "Barselona"ın bu dəfəki rəqibinin "Valensiya" deyil, məhz "Real" olması isə təhlükəsizlik xidmətinin işini daha da çətinə salıb.

Qeyd edək ki, "Valensiya"nın "Mestalya" stadionunda keçiriləcək "Real" - "Barselona" matçının start fiti sabah Bakı vaxtı ilə saat 00:30-da veriləcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır