Emil Mpenza və "Neftçi" Belçika mətbuatının diqqət mərkəzində

Emil Mpenza və "Neftçi" Belçika mətbuatının diqqət mərkəzində
XƏBƏR 19 Aprel 2011 / 11:28 2003
-  A +

Azərbaycan Premyer Liqasının sonuncu turu Belçika mətbuatının da diqqətindən yayınmayıb. Qol.Az-ın məlumatına görə, son turda əsasən "Neftçi"nin qələbəsini ön plana çəkən belçikalılar Emil Mpenzanı da yaddan çıxarmayıblar.

Belə ki, Mpenzanın məhz "Neftçi"nin qələbə topunu vurması belçikalılar tərəfindən xüsusi qeyd olunub.  Bununla belə, belçikalılar "Xəzər Lənkəran"ın da öz meydanında "İnter"lə oyunda xal itirməsini və "Neftçi"nin artıq rəqibini 8 xal qabaqlamasını ön plana çəkiblər. Belçika mətbuatı da artıq "Neftçi"ni çempion kimi qələmə verib.

Qeyd edək ki, "Neftçi" klubu hazırda 59 xalla turnir cədvəlinə başçılıq edir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır