"Azerbaycan Lig’inde Neftçi Bakü Fırtınası"

"Azerbaycan Lig’inde Neftçi Bakü Fırtınası"
XƏBƏR 19 Aprel 2011 / 00:15 2443
-  A +

Unibank Premyer Liqasının 27-ci turunda "Neftçi"nin AZAL klubunu 2:1 hesabı ilə məğlub etməsindən sonra çempionluq yolunda böyük bir addım atması Türkiyə mətbuatının diqqətindən yayınmayıb. Qol.Az-ın xəbərinə görə, bu yaxınlarda ölkəmizin Olimpiya.az informasiya agentliyi ilə əməkdaşlığa başlayan qardaş ölkənin Sporajans.com.tr internet saytında bu barədə geniş məlumat verilib.

Məlumatda klub prezidenti Sadıq Sadıqovun yüksək idarəçiliyi alqışlanıb, sonuncu dəfə 2005-ci ildə Azərbaycan çempionu olan "Neftçi"nin hazırkı uğurunda onun böyük rolu olduğu yazılıb. Məhz onun baş məşqçi Arif Əsədova, həmçinin yerli, gənc və istedadlı futbolçulara sonadək güvənməsi bəhrəsini verməkdədir.

Qeyd edək ki, hazırda aktivində 59 xalı olan flaqman sona 5 tur qalmış ən yaxın izləyicilərindən "Xəzər Lənkəran"ı 8, "Qarabağ"ı isə 9 xal geridə qoyur.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır