“İnter”in yarımmüdafiəçisi David Odikadze klubun rəsmi saytına müsahibəsində “Xəzər-Lənkəran”la oyun barədə danışıb. Qol.Az-ın məlumatına görə, Odikadze eyni zamanda qarşıda “Qarabağ”la çempionat, AZAL-la isə keçiriləcək kubok oyunu haqda fikirlərini bölüşüb.
-“Xəzər-Lənkəran”la matç kifayət qədər mürəkkəb alındı. Bu qarşılaşma barədə fikirlərini bilmək istərdik.
-Qarşılaşma kifayət qədər maraqlı və mürəkkəb alındı. Şəxsən mən “Xəzər-Lənkəran”ı hazırda Azərbaycanın ən güclü komandası hesab edirəm. Onlara qarşı səfərdə oynamaq ikiqat çətindir, buna görə də heç-heçəni çəkinmədən bizim üçün pis olmayan nəticə hesab etmək olar.
-Lənkəranda matçlar xüsusi atmosferə malikdir, stadion orada həmişə azarkeşlərlə dolu olur. Belə şəraitdə oynamaq çətin deyildi?
-Dolu stadion və komandalarını dəstəkləyən azarkeşlər, təbii ki, bizim işimizi çətinləşdirir. Lakin digər tərəfdən də etiraf etmək lazımdır ki, belə şəraitdə oynamaq kifayət qədər xoşdur.
-Oyuna bir gün qalmış ad gününü qeyd etmişdin. Belə alındı ki, vurduğun qol ad gününə hədiyyə oldu. Bəs, komanda yoldaşların səni necə təbrik etdi?
-Bütün uşaqlar ad günü münasibətilə məni təbrik etdilər. Lakin təəssüf ki, ad günümü qeyd etməyə azad vaxtım yoxdur. Ümid edirəm, tezliklə gec də olsa ad günümü qeyd edəcəyəm.
-Artıq şənbə günü komandanı “Qarabağ”la növbəti çətin matç gözləyir...
-“Qarabağ” Azərbaycan futbolunun liderlərindən biridir və bizi kifayət qədər çətin qarşılaşma gözləyir. Biz hazırlaşacağıq və var gücümüzlə mübarizə aparacağıq.
-Azərbaycan Kuboku yarışları çərçivəsində AZAL ilə qarşılaşma da uzaqda deyil...
-Deyim ki, AZAL ilə qarşılaşma bizim üçün ilin oyunu olacaq. Bu mövsüm biz hələlik onları məğlub edə bilməmişik. Bundan başqa, bir dəfə hətta onlara böyük hesabla məğlub olmuşuq. Bu vəziyyət AZAL ilə qarşıdakı matçların prinsipiallığını artırır. Həmçinin deyə bilərəm ki, Azərbaycan Kuboku avrokuboka düşmək üçün yaxşı imkandır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”