Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” görüşü bir neçə maraqlı məqamla yadda qalıb. Qol.Az-ın məlumatına görə, bu görüş daha çox komandanın hücumçusu Uinston Parks və baş məşqçi Mirça Rednik üçün əlamətdar olub.
Belə ki, “Xəzər Lənkəran” klubunun hücumçusu Uinston Parks komandanın heyətində növbəti qolunu vurub. “İnter”lə oyunda fərqlənən kosta-rikalı legioner klubdakı 9-cu qolunu qeyd edib. Bununla da klub tarixinin 14-cü bombardiri olan Parks 4 futbolçudan uzaqlaşıb. Belə ki, bu tura kimi İlqar Qurbanov, Xaqani Məmmədov, Romulo Silvano və Xorxe Diasla Uinston eyni sayda – 8 dəfə fərqlənmişdilər.
Qeyd edək ki, bombardirlər siyahısına 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.
“İnter”lə qarşılaşma “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün iki kiçik yubileylə əlamətdar olub. Rumıniyalı mütəxəssis komandanı 30-cu dəfə meydana çıxarıb. Bundan başqa qeydə alınan 1:1 hesablı heç-heçə onun klubdakı 10-cü bərabərliyi olub.
“İnter”lə oyunun 18-ci dəqiqəsində rəqib qapısına qol vuran Uinston Parks komandanın qol həsrətinə son qoyub. Belə ki, Rednikin komandası son 2 turda qol vura bilmirdi. “Xəzər Lənkəran” bunadək sonuncu dəfə Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə matçında qol sevinci yaşamışdı.
Həmin matçın 89-cu dəqiqəsində Julius Vobay penaltidən fərqlənmişdi. Martın 18-dəki qarşılaşmadan sonra komandanın azarkeşləri növbəti qolu 29 gün və ya 199 dəqiqə gözləməli olub.
Qeyd edək ki, "Xəzər Lənkəran" son qələbəsini də "Neftçi" üzərində qazanıb. Bu, 6 oyun əvvəl martın 3-dəki görüşdə baş verib – 4:3
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”