Rud van Nistelroy üçün mövsüm bitdi

Rud van Nistelroy üçün mövsüm bitdi
XƏBƏR 17 Aprel 2011 / 22:44 1998
-  A +

Almaniyanın "Hamburq" klubunun və Hollandiya yığmasının futbolçusu Rud van Nistelroy mövsümün sonunadək sıradan çıxıb. Qol.Az-ın məlumatına görə, təcrübəli hücumçu "Hannover"lə 0:0 hesablı heç-heçə ilə nəticələnən Bundesliqa matçında xəsarət alıb.

Van Nistelroy bir daha "Hamburq"da oynamaya da bilər. Çünki onun klubla müqaviləsi 2011-ci ilin iyununda başa çatır.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner