Mehman Allahverdiyev: "MOİK-ə mütləq qalib gəlmək istəyirdik"

Mehman Allahverdiyev: "MOİK-ə mütləq qalib gəlmək istəyirdik"
XƏBƏR 17 Aprel 2011 / 18:36 1742
-  A +

"Bu, "Gəncə"nin baş məşqçisi postunda 3-cü oyunum idi. Əvvəlki oyunlarda iki heç-heçə etmişdik. MOİK-lə oyunda mütləq qələbə qazanmaq istəyirdik və buna nail olduq". Qol.Az-ın məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Mehman Allahverdiyev MOİK-i səfərdə 2:0 hesabı ilə yendikləri oyundan sonra deyib.

O, futbolçularını qələbə münasibəti ilə təbrik edib, MOİK-ə isə gələcək oyunlarda uğurlar arzulayıb: "MOİK-in son zamanlar yaxşı oyun göstərdiyini bilirdik. Son turda səfərdə "Simurq"u məğlub etmişdilər. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır