Aleksandr Starkov: "Daha çox müdafiədə oynamağımız qol vurmağımıza mane oldu"

Aleksandr Starkov: "Daha çox müdafiədə oynamağımız qol vurmağımıza mane oldu"
XƏBƏR 16 Aprel 2011 / 20:23 1820
-  A +

Bu gün premyer Liqanın 27-ci turunda "Bakı" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. Qol.Az-ın məlumatına görə, "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"İlk hissədə oyunumuz alınmadı. Lakin əvəzetmələrdən sonra rəqibi əks hücumda yaxala bilirdik. Bu görüşdə zəif oyunumuz əsasən onunla bağlı idi ki, son oyunda AZAL-a məğlub olmuşduq. Bu da komandaya psixoloji cəhətdən mənfi təsir göstərirdi. Bununla belə, yaxşı təşkilatlanmış bir komandaya qarşı oynayırdıq. Daha çox müdafiədə oynamağımız isə qol vurmağımıza mane oldu".

Qeyd edək ki, Premyer Liqanın 27-ci turunda "Bakı" öz meydanında "Qarabağ"la 0:0-lıq bərabərə qalıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır