Bəhmən Həsənov: "Turan" bu gün fərqli taktika ilə oynadı"

Bəhmən Həsənov: "Turan" bu gün fərqli taktika ilə oynadı"
XƏBƏR 16 Aprel 2011 / 19:14 1730
-  A +

"Turan"la oyunumuz maraqlı alındı. Rəqibin AZAL-la oyununu izləmişdim, lakin bugünkü taktika fərqli idi. İlk qolu buraxdıqdan sonra komanda oyunda dəyişiklik edə bildi, qalib gəldik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"la oyundan sonra "Muğan" klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

Həsənov daha sonra belə danışıb: "Hər oyuna eyni motivasiya ilə çıxırıq, "Muğan"ın adı üçün oynayırıq. Qarşıdakı oyunlarda gənc futbolçulara üstünlük verəcəyik. "Turan"ı gözəl oyuna görə təbrik edirəm".

Qeyd edək ki, Premyer Liqanın 27-ci turunda "Muğan" öz meydanında "Turan"ı 2:1 hesabı ilə məğlub edib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır