Ramiz Məmmədovun ilk qələbəsi

Ramiz Məmmədovun ilk qələbəsi
XƏBƏR 16 Aprel 2011 / 17:12 1832
-  A +

Bu gün Qazaxıstan çempionatında 7-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun açılış matçında həmyerlimiz Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu öz meydanında "İrtış"la qarşılaşıb.

Oyunboyu üstün nəzərə çarpan Məmmədovun komandası istəyinə yalnız matçın sonlarında çatıb. Belə ki, oyunun 86-cı dəqiqəsində Aleynikovun vurduğu qol "Atırau"ya qələbə qazandırıb. Bununla da, Ramiz Məmmədov doğma azarkeşlər önündə ilk qələbəsinə imza atıb.

Qeyd edək ki, "Atırau" hazırda 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır