Pep Qvardiola: "Bu axşam favorit "Real"dır"

Pep Qvardiola: "Bu axşam favorit "Real"dır"
XƏBƏR 16 Aprel 2011 / 11:37 2252
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola "El-Klassiko" öncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Qvardiola bu gecə baş tutacaq oyunun favoriti kimi rəqiblərini göstərib:

"Onlara hər zaman ciddi yanaşdım. Bu komanda daha öncə qarşılaşdığımız "Real"dan daha güclüdür və onlar oyuna fovorit qismində çıxacaqlar. Oyunçuları da qapıya daha çox zərbə vurur və olduqca sürətlidirlər. Hardasa 3 ötürmə ilə cərimə meydançasına girə bilirlər. Bununla belə, çempion olmaq üçün Madriddə qələbə qazanmalıyıq".

Qeyd edək ki, "Real" - "Barselona" oyunu bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır