“Deyiləsi çox söz yoxdur. Belə qollar buraxandan sonra nəsə gözləmək mənasızdır. Yaxşı komandaya qarşı oynadıq. Səviyyə, fərdi baxımdan rəqib futbolçular bizdən güclü idilər. Lakin çox bəsit qollar buraxdıq. “Araz-Naxçıvan”ı təbrik edirəm”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Ardıcıl dördüncü oyunda uduzdunuz. Bunun axırı hara gedir?
- İsti-isti düşünməyə zamanım yoxdur. Tez məğlub olub geri çəkilmək də düz deyil. Faciəvi bir şey yoxdur. Komanda oynayır. Biz neçə qol vurmalıyıq ki, qalib gələk? Bu, məni çox maraqlandırır. Gələcəyə baxmalıyıq. 7 oyundan sonra nəyəsə qərar vermək tezdir. Son oyunlar bəxtsizliklə üzləşirik. Düzəlməliyik, başqa yolumuz yoxdur.
- Gələcəyə baxanda nə görürsüznüz? Düşünürsünüz ki, bu, doğru yoldur?
- Siz məndən bir cavab istəyirsiniz, o cavabı almayacaqsınız. Bunu əvvəldən deyirəm. Birbaşa soruşmursunuz ki, getmək, istefa vermək fikriniz var? Bunu mədəni dildə çatdırmaq istəyirsən. Gələcəyə pis baxmıram. Komanda bu gün futbol oynayırsa, deməli, nəsə ümid var. Ümid sonda ölür. Nəticə də yoxdur, oyun da olmasaydı, siz deyənlə razılaşardım. Bu gün oyun var, nəticə yoxdur. Çox arqumentlər qoya bilərsiniz. Haqlısınız. Ancaq düşünürəm ki, 7-8 tur keçib. Hər şeyin sonu deyil. Belə oyunla bu qədər xal, tutduğumuz yer tərs mütənasibdir. Səbəb axtarmıram. İndi nə desəm, nöqtəyə gedib çatmır. Bunu anlayıram, uşaq deyiləm. Fakt göz qabağındadır.
- “Səbail” sonuncu pillədə qərarlaşan "Kəpəz”dən cəmi 1 top az buraxıb. Müdafiədə nələr baş verir?
- Düz deyirsiniz. Fakt qoydunuz ortaya. Nə desəm, qəbul olunmayacaq. Amma bu gün buraxdığımız 2 qola baxın. Autdan biz qol buraxırıq. Autdan qol buraxmaq olar? Bu, ilk belə hal deyil. Standartlar zamanı qapımız qarşısında qolun iyi gəlir. Mən nə qədər sistemi dəyişsəm də, alınmır.
- Bu qollar təsadüfdür, yoxsa sizdə nəsə şübələr var?
- Məndə futbolçuya, komandaya qarşı şübhə olmur. Sadəcə bir bomba bir yerə bir dəfə düşər. Bizdə bir bomba 10 dəfə eyni yerə düşür. Mən bundan sanballı cavab verə bilmirəm. Özüm də qalmışam belə... Bir nöqtədən o qədər qol buraxmaq olmaz axı. Məsuliyyəti mən daşıyıram. Futbolçuların yox, mənim səhvimdir.
U-17 millimiz uduzdu
2-ci liqada oyunları vaxtı bilindi
"Araz-Naxçıvan" - "Səbail" oyunundakı 5 qol - Video
Şahin Diniyev: "Futbolçuların yox, mənim səhvimdir"
"Naxçıvanda oynayıb, azarkeşləri sevindirəcəyik”
Mbappenin məhkəməsinin vaxtı bilindi
"Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi
Kompani əsas motivasiya mənbəyindən danışdı
1-ci Liqada 4-cü turun oyun cədvəli açıqlandı
“Liverpul” rədd cavabı aldı
"Araz-Naxçıvan" - "Səbail" - Heyətlər
Qvardiola pis xəbəri verdi
"Sumqayıt"dan növbəti transfer
Xəstəliyi səbəbindən rəhbərlikdən istefa verir
Serhat Akının vurulma anı - Video
UEFA-dan cəza
Yusuf Yazıçının yeni kluba keçdiyi bildirilir
"Fənərbaxça"da 2019-cu ildən sonra bir ilk
AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırdı
Azərbaycan UEFA reytinqində gerilədi
"Qəbələ"nin futbolçusundan baxımlı qol - Video
"Qarabağ"ın əlinə bir neçə fürsət keçmişdi" - Ben Devis
"Sabah" basketbol klubunun daha bir rəqibi müəyyənləşdi
"Ayaks"dan “Beşiktaş”a 4 qol - Video
Məşhur insayderdən Qurban Qurbanovla bağlı paylaşım
Türkiyə millisinin sabiq hücumçusu güllələndi
"Fənərbaxça"nın qələbəsi - Video
"Qarabağ" - "Malmö" oyununun biletləri satışa çıxarılır
"Tottenhem" - "Qarabağ" oyunundakı qollar - Video
"Qarabağ"a qalib gəlmək çox vacib idi" - Postekoqlu
1-ci turdan sonra “Qarabağ” neçəncidir?
“Qarabağ” məğlubiyyətlə başladı
"Tottenhem"in müdafiəçisi qırmızı vərəqə aldı
“Qarabağ” stadiona belə gəldi - Video
“Qarabağ” açıqlama yaydı
“Qarabağ”ın oyunu bu saatda başlayacaq - UEFA-dan açıqlama
"Karvan"dan ardıcıl 3-cü qələbə - Video
"Tottenhem" - "Qarabağ": Heyətlər açıqlandı