Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Araz-Naxçıvan" "Səbail"i qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Araz-Naxçıvan" ən azı sentyabrın 29-na qədər çempionatın lideri olur.
Turun digər oyunları 28 və 29 sentyabr tarixlərində keçiriləcək.
27 sentyabr
19:00. “Araz-Naxçıvan” – “Səbail” - 3:2
Qol: Qorka Laruçça, 46 (0:1), Bəxtiyar Həsənlizadə, 52 (1:1), Felipe Santos, 58 - pen. (2:1), Bernardo Dias, 84, (3:1), Qorka Laruçça, 89 (3:2)
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev
"Kapital Bank Arena".
28 sentyabr
17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev
Zirə Olimpiya İdman Kompleksi.
19:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
"Neftçi Arena".
29 sentyabr
16:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov
Şamaxı şəhər stadionu.
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
"Azərsun Arena".
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Araz-Naxçıvan | 7 | 5 | 1 | 1 | 10-8 | 16 |
2 | Qarabağ | 6 | 5 | 0 | 1 | 16-4 | 15 |
3 | Sabah | 7 | 4 | 2 | 1 | 16-11 | 14 |
4 | Turan Tovuz | 7 | 4 | 2 | 1 | 9-4 | 14 |
5 | Zirə | 6 | 4 | 0 | 2 | 11-5 | 12 |
6 | Şamaxı | 6 | 3 | 2 | 1 | 6-3 | 11 |
7 | Sumqayıt | 7 | 2 | 0 | 5 | 5-9 | 6 |
8 | Səbail | 8 | 1 | 1 | 6 | 12-17 | 4 |
9 | Neftçi | 7 | 0 | 4 | 3 | 2-10 | 4 |
10 | Kəpəz | 7 | 0 | 0 | 7 | 2-18 | 0 |
Bombardirlər:
Cesse Sekidika ("Sabah") - 5 qol
Coy Lens Mikels ("Sabah") - 4 qol
Rafael Utziq ("Zirə") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Leandro Andrade ("Qarabağ") - 3 qol
UEFA-dan cəza
"Tottenhem"in müdafiəçisi qırmızı vərəqə aldı
“Qarabağ” stadiona belə gəldi - Video
“Qarabağ” açıqlama yaydı
“Qarabağ”ın oyunu bu saatda başlayacaq - UEFA-dan açıqlama
"Karvan"dan ardıcıl 3-cü qələbə - Video
"Tottenhem" - "Qarabağ": Heyətlər açıqlandı
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi
"Qəbələ"nin "Mingəçevir" üzərində qələbəsi - Video
"Yuventus"da yeni müqavilə
Flik onu son 10 ilin ən yaxşı hücumçusu hesab edir
Britaniya səfiri "Tottenhem" - "Qarabağ" oyunundan yazdı
Gökhan Gönül milli komandanın baş məşqçisi oldu
"Qəbələ" "Karvan" və "Zaqatala" qalib gəldi
"Siti" Premyer Liqaya qarşı ilk məhkəmə işini uddu
Pyaniçin yeni klubu rəsmiləşdi
Donnarumma qayıtdı
"Qarabağ"ın rəqibi üçün "Mançester Siti" sınağı