FİFA "Marakana" stadionunun üstünü bağladacaq

FİFA "Marakana" stadionunun üstünü bağladacaq
XƏBƏR 14 Aprel 2011 / 17:49 2091
-  A +

2014-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Braziliyanın ən məşhur və böyük stadionu olan "Marakana"nın üstü bağlanacaq. Qol.Az-ın məlumatına görə, FİFA-nın 2014-cü il mundialı haqda açıqlaması bu qərarın verilməsinə səbəb olub.

Belə ki, FİFA 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı zamanı bütün stadionların üstünün bağlanmasını tələb etmişdi. Buna uyğun olaraq "Marakana" stadionunun üzərindəki sahə genişləndiriləcək və 2012-ci ilin dekabr ayına qədər hazır olacaq. Bu işə təxminən 437 min avro xərclənəcəyi bildirilir.

Qeyd edək ki, 1950-ci ildə inşa edilən "Marakana" stadionu 82 min azarkeş tutumuna malikdir.

 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır