Ronaldo: "Barselona" başqa dünyanın komandası deyil"

Ronaldo: "Barselona" başqa dünyanın komandası deyil"
XƏBƏR 14 Aprel 2011 / 16:52 2419
-  A +

"Real" (Madrid) klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Ronaldo əsasən 18 gün ərzində 4 dəfə qarşılaşacaqları "Barselona" komandası haqda danışıb:

"Barselona" başqa bir dünyanın komandası deyil. Onlar da bizim kimi bu dünyanın ən yaxşı komandasıdır. Bu görüşlərdə ən az səhvə yol verən komanda qalib gələcək. La Liqa və Çempionlar Liqası arasında böyük fərq var.

Hər iki cəbhədə qələbə qazanmağa çalışacağıq. "Barselona"dan heç də çəkinmirik. Futbolda hər şey ola bilər. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır