Raul Şevçenkoya çatdı

XƏBƏR 14 Aprel 2011 / 15:19 2005
-  A +

Almaniyanın “Şalke 04” klubunun futbolçusu Raul Qonsales Ukrayna yığmasının forvardı Andrey Şevçenkonun nailiyyətini təkrarlayıb.

Qol.Az-ın məlumatına görə, Raul Çempionlar Liqasının “pley-off” mərhələlərində 18-ci qolunu vurub.

Həmin qol turnirin 1/4 final mərhələsində İtaliya “İnter”i ilə cavab görüşünə təsadüf edib. Şevçenkonun aktivində də bu qədər top var.

Qeyd edək ki, Raul 2:1 hesabı ilə başa çatan qarşılaşmada ilk qolu vurub. Bu, onun Çempionlar Liqası tarixində 71-ci qolu olub. İspaniyalı hücumçu turnirin “pley-off” matçları sayında da yeni rekord müəyyənləşdirib. İndi onun aktivində 44 oyun var ki, bu da Klarens Zeedord və Rayan Giqqzinkindən 1 oyun çoxdur.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır