Robertas Poşkus Litva millisindən kənar qaldı

XƏBƏR 13 Aprel 2011 / 19:08 1839
-  A +

"İnter" klubunun futbolçusu Robertas Poşkus Litva yığmasından kənarda qalıb. Qol.Az-ın məlumatına görə, Litva yığmasının baş məşqçisi Raymondas Jutautas hücumçunun xidmətində maraqlı olmadığını bildirib:

"Bildiyimə görə, Robertas hansısa ciddi komandadan təklif almışdı. Lakin müəyyən səbəblərdən bu məsələ öz həllini tapmadı. Yığmamız Avro-2012-nin seçmə mərhələsində İspaniya ilə rəsmi oyuna hazırlaşdığı zaman Poşkus paytaxt küçələrində gəzirdi. Onun hazırki durumu məni qane etmir. Daha onu milliyə çağırmayacağam".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner