Ramiz Məmmədovun komandasının rəqibi müəyyənləşdi

Ramiz Məmmədovun komandasının rəqibi müəyyənləşdi
XƏBƏR 13 Aprel 2011 / 18:46 1627
-  A +

Bu gün Qazaxıstan kubokunda 1/16 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu "Atırau" klubunun da növbəti mərhələdəki rəqibi müəyyənləşib.

Penalti zərbələri seriyasında MOİK-ə qalib gələn "Tobol" klubu 1/8 finalda Ramiz Məmmədovun komandası ilə qarşılaşacaq. Bu görüş də bir oyundan ibarət olacaq. Rəqib meydanında baş tutacaq bu görüşdə qalib gələn tərəf növbəti mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları aprelin 20-də keçiriləcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır