Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Neftçi”ni qəbul edəcək “Qarabağ”ın düşərgəsində hamı bir nəfər kimi qələbəyə köklənib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın məşqçi və futbolçu heyəti cütün taleyini ilk oyunda həll etmək istəyirlər. Onların klubun rəsmi saytına verdikləri açıqlamaları təqdim edirik:
Mehmet Ak (koordinator): “Qarabağ” bu gün ən güclü fiziki hazırlığı malik komandadır. “Neftçi”yə hörmət edirik, tarixi olan komandadır. Amma bu gün bizim komanda yüksəlişdədir. Hal-hazırda bizim əsas məqsədimiz hazırkı formanı qorumaqdır. Hər 2 cəbhədə mübarizə apardığımıza görə ilk matçda işi bitirməyimiz faydalı olardı. İnşallah, sabah bunu da bacaracağıq. Zənnimcə, ən azı 2:0 hesabıyla qalib gələcəyik”.
Nizami Sadıqov (qapıçılarla işləyən məşqçi): “Kubok oyunalrı hər zaman gərgin olur. Geriyə yol olmadığından heç kim riskə getmək istəmir. Amma komandamızın son durumu göstərir ki, biz bu gün “Neftçi”dən daha güclüyük. Təbii ki, 90 dəqiqə meydanda güclü olan oyunun sonunda bəlli olur. Hər cür nəticə qeydə alına biləcəyindən oyuna diqqətli çıxmaq lazımdır”.
Sedat Şahin (yarımmüdafiəçi): “Kuboka çox yaxınlaşmışıq. Çempionluqdan fərqli olaraq kubokda daha az matç qazanaraq titula yiyələnmək olar. Ürəyimə damıb ki, kubok bizim olacaq”.
Maksim Medvedev (müdafiəçi): “İkinci dövrəyə yaxşı başlamışıq. “Neftçi”ylə oyunlarda da uğurlarımızı davam etdirmək istəyirik. Düzdür, asan olmayacaq. Amma qalib gəlməyə məhkumuq”.
Rauf Əliyev (hücumçu): “Çalışacam ki, baş məşqçinin verdiyi şansdan maksimum yararlanım. “Qarabağ”da ilk matçımı məhz “Neftçi”yə qarşı keçirmişəm. Həmin vaxt 16 yaşım var idi və çox həyəcanlı idim. İndi isə artıq “Neftçi”yə qol vurmaq barədə düşünürəm”.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı