«Artıq neçə gündür ki, «İnter» - «Neftçi» oyunundakı hakim səhvləri ilə bağlı məsələ səngimək bilmir. Daha çox isə «İnter» tərəfi hay-küy salır ki, guya bizimlə oyunda referi «Neftçi»nin tərəfini saxlayıb. Xüsusilə «İnter»in prezidenti Georgi Nikolov və baş məşqçi Kaxaber Sxadadze canfəşanlıq göstərirlər».
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
Qeyd edək ki, Unibank Premyer Liqasının 26-cı turunun «İnter» - «Neftçi» matçı 1:1 hesabı ilə başa çatıb. «Neftçi» oyunun sonlarında rəqib qapısına təyin olunan penalti sayəsində qələbədən yaxa qurtara bilib.
«Əgər «İnter»in nümayəndələri belə həqiqət axtarışındadırsa, nəyə görə demirlər ki, 70-ci dəqiqədə hakim «Neftçi»nin təmiz penaltisini vermədi?! Həmin epizodda Flavinyoya qarşı yüz yox, milyon faiz qayda pozuntusu var idi. Yüzfaizli penalti isə ikinci hissədə Mpenzaya arxadan vurulan zərbə zamanı olmuşdu» - deyə E.Əşrəfoğlu bildirib.
O, Kaxaber Sxadadzenin hakimin «İnter»in futbolçularına oynamağa imkan verməməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib: «Oyun canlı yayımlanırdı, hamı da gördü ki, kim futbol oynayır, kim yox. Məgər, «İnter» futbol oynayırdı? Rəqib oyunçular - Abramidze və digərləri, hətta qapıçı da yeri gəldi-gəlmədi yerə yıxılır, oyunun vaxtını uzadırdılar. Vaxt uzatmaq üçün yüz oyundan çıxırdılar. Mən həmin vaxt stadiondaydım. İmkanım olsaydı, «İnter»in futbolçularına yorğan-döşək göndərərdim ki, meydanda rahat dincələ bilsinlər».
E.Əşrəfoğlu «İnter» rəsmilərini bu oyunla bağlı yanlış fikir formalaşdırmamağa çağırıb: «Neftçi»də aparılan işlər göz qarşısındadır. Bizim kimsənin köməyinə ehtiyacımız yoxdur. Əgər həmin oyunda penaltilər vaxtında təyin olunsaydı, biz qələbə qazanardıq».
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."