“Hazırda Lənkərana gedirik, yoldayıq. Səfərə 20 nəfərlik futbolçu heyəti çıxmışıq. Heyətimizdə zədəli və ya cəzalı futbolçunun olmaması sevindirici haldır. Bir sözlə, komandanın düşərgəsində vəziyyət yaxşıdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Xəzər-Lənkəran”la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis rəqibin güclü olmasına baxmayaraq, onlardan çəkinmədiklərini bildirib: “Xəzər-Lənkəran” çox güclü komandadır. Onların heyətində bir neçə yüksəksəviyyəli futbolçu var. Lənkəranda bizi çətin oyun gözləyir. Yerli azarkeşlərin də komandalarına güclü dəstək olacaqlarını bilirəm. Bütün bunlara baxmayaraq, biz rəqibdən çəkinmirik. Orada açıq futbol oynayacağıq. Çalışacağıq ki, səfərdən sərfəli nəticə ilə dönək".
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər