«Qarabağ» UEFA-ya müraciət edəcək

«Qarabağ» UEFA-ya müraciət edəcək
XƏBƏR 13 Aprel 2011 / 12:58 1705
-  A +

«Qarabağ» Moskva təmsilçisi kimi göstərilməsi ilə bağlı UEFA-nın rəsmi saytındakı kobud səhvlə bağlı bu quruma müraciət edəcək.

Qeyd edək ki, UEFA-nın rəsmi saytındakı bir xəbərdə Admir Telinin çıxış etdiyi «Qarabağ» Ağdamın deyil, Moskva şəhərini təmsil edən komanda kimi göstərilib.

Klubun mətbuat xidmətiin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, rəsmi saytdakı bu səhvlə bağlı UEFA-ya yazılı müraciət edəcəklər. «Qeyd etmək istərdim ki, UEFA-nın rəsmi saytında Albaniya millisiylə bağlı bölmədə Telinin Azərbaycanın «Qarabağ» komandasında çıxış etdiyi yazılıb. Bununla belə, son səhvin düzəldilməsi üçün UEFA-ya müraciət edəcəyik» - deyə N.İbrahimov bildirib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır