Arda Turan: "Artıq "Qalatasaray"dan getməliyəm"

Arda Turan: "Artıq "Qalatasaray"dan getməliyəm"
XƏBƏR 13 Aprel 2011 / 12:17 1800
-  A +

Son günlər İspaniyanın "Atletiko" (Madrid) klubuna transferi ilə gündəmdə olan "Qalatasaray"ın kapitanı Arda Turan yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Arda "Qalatasaray"ın kapitanı olaraq söyüş sahibi olmamaq üçün komandadan getməli olduğunu açıqlayıb:

"Qalatasaray"dan ayrılmağım həm mənim, həm də komandamın xeyrinə olacaq. Dünyada "Qalatasaray" formasından başqa bir forma geymək məni xoşbəxt edə bilməz. Bununla belə, artıq getmək vaxtıdır. Daha çox söyüş sahibi olmamaq üçün "Qalatasaray"dan getməliyəm".

Qeyd edək ki, Arda 2007-ci ildən "Qalatasaray" klubunun şərəfini qoruyur.   


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır