Hiddink "Ayaks"ın təklifini rədd etdi

Hiddink "Ayaks"ın təklifini rədd etdi
XƏBƏR 13 Aprel 2011 / 00:48 1540
-  A +

Hollandiyanın əfsanəvi futbolçusu Yohan Kroyf "Ayaks" klubunun yeni rəhbərliyini formalaşdırmaq üçün fəaliyyətə başlayıb. Qol.Az-ın məlumatına görə, Kroyf idarə heyətində Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin də yer almasını istəyib. 

O, həmyerlisinə müvafiq təkliflə müraciət edib. Lakin Hiddink Kroyfa təşəkkür edərək, hazırda yalnız "ay-ulduzlular"ı düşündüyünü bildirib. Lakin Hiddinkin təklifdən imtinasına sevimli klubu PSV ilə "Ayaks"ın əzəli rəqib olması səbəb göstərilib. Elə buna görədir ki, o, prinsipial rəqibin rəhbərliyində yer almağını istəməyib.    

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır