Mahir Şükürov sabahdan "Qəbələ"də

Mahir Şükürov sabahdan "Qəbələ"də
XƏBƏR 12 Aprel 2011 / 17:16 2544
-  A +

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov 2011-2012-ci il mövsümündən etibarən “Qəbələ” klubunda çıxış edəcək.

Qol.Az-ın məlumatına görə, bu yaxınlarda Rusiyanın “Anji” komandasını tərk etmiş 28 yaşlı müdafiəçi ilə rəsmi müqavilə aprelin 13-də bağlanılacaq.

Baş məşqçi Toni Adamsın iştirakı ilə “Trend” agentliyinin konfrans zalında baş tutacaq tədbir saat 13:00-da başlanacaq. Anlaşma 2014-cü ilin yayınadək qüvvədə olacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner