İntizam Komitəsinin qərarları bəlli oldu

XƏBƏR 12 Aprel 2011 / 15:27 1805
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, toplantıda “İnter”in gürcüstanlı futbolçusu Kaxaber Mjavanadzeyə göstərilən sarı vərəqə ləğv edilib. Müdafiəçi matçın 85-ci dəqiqəsində baş hakim Əfqan Həmzəyev tərəfindən 2-ci sarı alaraq, meydandan kənarlaşdırılıb. Lakin görüşün videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanıb. Bu səbəbdən həmin sarı vərəqə ləğv olunub. Baş məşqçisi Kaxaber Sxadadze isə mətbuat konfransında iştirak etmədiyi üçün “İnter” 1000 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə aldığından “Gəncə” 1000 manat ziyana düşüb. Qərb təmsilçisinin azarkeşləri “Muğan”la ev oyununun 83-cü dəqiqəsində meydançaya kənar əşya atdığından, daha 2000 manat cərimə ödəyəcək. “Qarabağ” – “Xəzər Lənkəran” matçının 85-ci dəqiqəsində hər iki klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığından, komandalar hərəyə 2000 manat cərimələnib. “Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Dieqo Souza kobud oyuna görə 2-ci sarı alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub legionerinə görə 200 manat cərimə ödəyəcək.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır