“Qarşıda bizi çox çətin oyunlar gözləyir - “Simurq”, “Bakı”, “Qəbələ” və yenidən “Simurq”. Bütün bu oyunların hamısı çox vacibdir. Buna görə də həmin oyunlarda yaxşı çıxış etmək üçün ilk növbədə gücümüzü düzgün bölməliyik”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri sabah ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Simurq”la qarşılaşacaq “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Rəqibin güclü komanda olduğunu bildirən ukraynalı mütəxəssisi narahat edən yeganə məqam heyətdəki “itki”lərdir: “Oyuna yaxşı hazırlaşırıq. Lakin təəssüf ki, heyətimizdə bəzi “itki”lər var . Rubinslə Avqusto sabahkı oyunda iştirak edə bilməyəcəklər. Rəqibə gəldikdə, “Simurq” fiziki cəhətdən güclüdür. Komandanın güclü müdafiə xətti, etibarlı qapıçısı, sürətli cinah oyunçuları var. Bununla belə onları mübarizədən kənarlaşdırmağa çalışacağıq”.
V.Xodukin proqnoz vermək istəməsə də, cütün taleyinin ilk oyunda həll olunmasını çox arzuladığını söylədi: “Mən oyundan qabaq proqnoz verməyi xoşlayan məşqçilərdən deyiləm. Amma cütün taleyini ilk matçda həll edə bilsək, çox yaxşı olardı. Bu halda, qarşıdakı matçlara daha da yaxşı hazırlaşmaq imkanımız olacaq”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər