"Qarabağ" "Bakı" ilə oyunun hazırlıqlarına başladı

XƏBƏR 12 Aprel 2011 / 11:09 1800
-  A +

Ağdamın "Qarabağ" klubu "Bakı" ilə oyunun hazırlıqlarına start verib. Qol.Az-ın məlumatına görə, bazar günü "Xəzər Lənkəran"la qarşılaşan komanda dünən yüngül çalışmalar üzərində işləyib.

"Sərin" idman kompleksində baş tutan çalışma 1 saat davam edib. Bərpaedici xarakter daşıyan çalışmanın ardından isə Qurban Qurbanovun komandası bu günü tək məşqlə keçirəcək.

Qeyd edək ki, aprelin 16-sı "Bakı"nın qonağı olacaq "Qarabağ" bu gün Suraxanı qəsəbə stadionunda saat 17:00-da  növbəti məşqinə çıxacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır